Haqqımızda

Microclima markası bazarda yeni olmasına baxmayaraq, şirkətin təsisçiləri 20 ildən artıq bir müddətdir ki, klima kontrol xidmətlərinin göstərilməsi, atapleniya və kombilərin quraşdırılması, ümumiyyətlə sağlam havalandırma sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət yarandığı gündən etibarən bu sektor üzrə ixtisaslaşıb və öz müştərilərinə istər Azərbaycan, istərsə də ölkə sərhədləri kənarında havalandırma sahəsində ən yüksək səviyyəli xidmət və müasir həll üsullarını təklif edir. 
2019-cu ildə istehlakçıların loyallığını və brendin tanınmasını artırmaq məqsədilə şirkət rebrendinq həyata keçirib. 
Şirkətin ştatına peşakarlıq səviyyəsi müvafiq sertifikatlarla təsdiq olunmuş 40-dan artıq təcrübəli mütəxəssis daxildir. Bunların arasında Azərbaycan üçün vacib sayılan sertifikatlar da mövcuddur.